Modern.az

Rövşən Lənkəranskinin dəstəsi belaruslu “qanuni oğrular”ı statusdan məhrum edib

Rövşən Lənkəranskinin dəstəsi belaruslu “qanuni oğrular”ı statusdan məhrum edib

15 Dekabr 2015, 16:44


Belarusda hazırda 5 nəfər “qanuni oğru” var, onların dördü həbsxanalardadır. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda Belarusun daxili işlər naziri İqor Şuneviç bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Digər məlumata görə, Belarus həbsxanalarında həqiqətən 4  “qanuni oğru” cəza çəkir, onlardan 3-ü 2015-ci ilin aprel ayında “keçmiş” statusu alıblar, biri isə özü-özünü “qanuni oğru” adlandırıb.

Xatırladaq ki, Rövşən Lənkəranski, Ada Zuqdidski, Dato Surqutski, Valter və Dato Cvanaların iştirak etdiyi “yığıncaqda” belaruslu “qanuni oğrular” Medvejonok, Lebed, Paştet Minski və Mumu bu səlahiyyətdən məhrum ediliblər. Beləliklə, məşhur  “dubayski” dördlüyünün qərarına görə, həmin “dördlük”dəki heç kim “qanuni oğru” statusunu daşıya bilməz.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi