Modern.az

Sağlamlıq imkanları məhdud olan şəxsləri işə götürməyənlər cərimələnəcək

 Sağlamlıq imkanları məhdud olan şəxsləri işə götürməyənlər cərimələnəcək

15 Dekabr 2015, 20:01


Əlilliyi olan və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək şəxslərin işlə təminatı yaxşılaşacaq. Modern.az saytı xəbər verir ki, bu məsələ yeni hazırlanan İnzibati Xətalar Məcəlləsində də əksini tapacaq. Belə ki, əlilləri və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək şəxsləri kvota üzrə işə götürməyənlər 2000 manata qədər cərimələnəcəklər.

Yeni layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən göndərilmiş əlilləri, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək şəxsləri və sosial müdafiəyə xüsusi ehtiyacı olan digər şəxslərin onlar üçün kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul edilməməsinə, habelə dövlət büdcəsinə vəsait köçürülməməsinə görə 1000 manatdan 2000 manata kimi cərimə tətbiq ediləcək. Hazırda isə bu cərimənin məbləği 50 manatdan 90 manatadəkdir.

Qeyd edək ki, bu tələblərin gələn il mayın 1-dən qüvvəyə minəcəyi gözlənilir.

Modern.az

 
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi