Modern.az

Bir quyuda yanğın tam söndürülüb

  Bir quyuda yanğın tam söndürülüb

15 Dekabr 2015, 20:29


Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Günəşli"  yatağındakı 10 saylı dərin özüllündəki baş verən yanğın bir quyuda tam söndürülüb. Modern.az saytı xəbər verir ki, bu barədə APA-Economics-ə SOCAR-dan məlumat verilib.

Məlumata görə, quyunun təhlükəsizliyi üçün lazım gələn bütün önləyici tədbirlər görülüb.

Qeyd olunub ki, söndürülən quyu neft quyusudur. Quyudan dənizə neftin dağılması təhlükəsinin qarşısı tamamilə alınıb.

Qeyd edək ki, yanğın üç quyuda baş vermişdi, onlardan biri neft quyusu, digərləri qaz quyusudur. Hazırda yanğınsöndürmə tədbirləri davam etdirilir.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi