Xəzərdə zəlzələ olub. Modern.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 19:37-də Xəzər dənizində qeydə alınıb. Maqnitudası 3,5, dərinliyi isə 60 km olan zəlzələ hiss olunmayıb.
Modern.az