Modern.az

Nardaran sakinlərinə məscidə getməyə qadağa qoyulmayıb - Rəsmi

 Nardaran sakinlərinə məscidə getməyə qadağa qoyulmayıb  - Rəsmi

15 Dekabr 2015, 22:39


Nardaran sakinlərinin məscidə buraxılmamaları ilə bağlı rəsmi açıqlama verilib. Modern.az saytı xəbər verir ki, Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mətbuata açıqlamasında heç kimin Nardaran sakinlərinə məscidlərə getməyə qadağa qoymadığını vurğulayıb.

M.Qurbanlının sözlərinə görə, sadəcə bəzi qanunlar var ki, Nardaranda fəaliyyət göstərən məscidlər ona əməl etmir.

Mübariz Qurbanlının sözlərinə əsasən, məscidlər aşağıdakı amillər olarsa, fəaliyyət göstərə bilər: "Hər bir məscid qeydiyyatdan keçdikdən sonra fəaliyyət göstərə bilər. Amma Nardaranda heç bir məscid qeydiyyatdan keçməyib, orada yalnız bir məscid qeydiyyatdan keçib ki, onun da qeydiyyat müddəti bitdiyinə görə, o da bağlanıb. Bundan sonra Qafqaz Müsəlmanları İdarəsi dinlə bağlı hər şeyə ciddi nəzarət edəcək. Tələblərə uyğun məscidlərdə icmalar qurulmalıdır və eyni zamanda rəsmi tərəfin təyin etdiyi axundlar, mollalar məsciddə moziyə oxuya, ayinlər deyə bilərlər. Əks halda, kim bu qaydanı pozarsa, ona qarşı cərimə və ya qanunla nəzərdə tutulmuş şəkildə cəza tətbiq olunacaq”.  

Mübariz Qurbanlı onu da əlavə edib ki, artıq bu məsələ ilə bağlı araşdırmalara başlanılıb.    

Modern.az

 
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi