Tanınmış vəkil Elton Quliyev vəfat edib.
Modern.az saytının xəbərinə görə, bu barədə onun həmkarı Adil İsmayılov məlumat verib.
Elton Rasim oğlu Quliyev 1956-cı il fevralın 28-də Ağdam şəhərində qulluqçu ailəsində anadan olub.
1962-63-cü illərdə Ağdam şəhər 1 saylı orta məktəbdə, 1963-1972-ci illərdə Bakı şəhərinin 190 saylı orta məktəbində təhsil alıb.
1972-77-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 1977-ci ildə təyinatla daxili işlər orqanlarına işə götürülüb.
1977-1991-ci illərdə Bakı şəhər Daxili işlər idarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb.
1991-ci ildə öz istəyilə daxili işlər orqanlarından çıxıb. 1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
Ailəlidir, iki uşağı var.
Allah rəhmət eləsin!
Modern.az