Modern.az

Elmlər Akademiyasının binasız institutlarının PROBLEMLƏRİ

Elmlər Akademiyasının binasız institutlarının PROBLEMLƏRİ

16 Dekabr 2015, 11:33

Azərbaycan Milli Elmlər Akademiyasının 30 iyun 20014-cü ildə keçirdiyi böyük toplantısında 3 yeni institutun yaradılması təsdiq olundu. İnstitutların yeni yaranmasında məqsəd çağdaş dünya elmi proseslərinə yaxınlaşmaq və yeni kadrlar hazırlamaq idi. Yeni yaranan 3 institutun - Elm Tarixi, Dünya Siyasəti və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutlarının cərgəsinə sonradan Qafqazşünaslıq İnstitutu da əlavə edildi.
 
Modern.az saytı apardığı araşdırmalara əsaslanaraq, yeni institutların hələ də aktiv fəaliyyətə başlamadığı qənaətinə gəlib. Bircə, Botanika İnstitutunun nəzdində yaradılan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun işi sırf istehsalata və praktikaya  yönəlik olduğundan burada bir sıra işlər görülüb. AMEA-nın rəsmi internet saytında institutu haqqında bilgilər çox azdır. Belə ki, daim yenilənən saytdakı informasiyalara əsaslanaraq deyə bilərik ki, institutun direktor müavinləri, elmi şurası, şöbələri, gənc mütəxəssislər şurası, dissertasiya şurası, ştatdakı əməkdaşlarının sayı hələ də dəqiqləşdirilməyib. Yeni yaranan elmi qurumun direktoru isə akademik  İradə Hüseynovadır. Xanım direktorun sözlərinə görə, yanvardan sonra institutun iş rejimində irəliləyişlərin olacağı mütləqdir. Artıq bu istiqamətdə müəyyən addımlar atılıb.
 
Həmin ərəfədə yeni yaradılan institutlardan bir başqası Elm Tarixi İnstitutu da hələ ki, tam qüvvəsi ilə işə başlamayıb. Yəni təsdiq olunsa da, ştat vahidi, şöbələr və digər struktur işlər tam olaraq müəyyən edilməyib. Akademiyanın rəsmi saytında da institutu haqqında yeganə məlumat onun direktoru barəsindədir. Qeyd edək ki,  gələcəkdə daha aktiv fəaliyyətə başlanılması gözlənilən Elm Tarixi İnstitutunun direktoru Məryəm Seyidbəylidir. Modern.az saytının məlumatına görə, instituta akademiyanın əsas binasında bir-neçə otaq ayrılıb.
Dünya Siyasəti İnstitutu da eyni gündə yaradılan Elm Siyasəti İnstitutu ilə hələ ki, eyni taleyi yaşayır. Təsdiqdən sonra yeni elmi qurumun aktivliyini bərpa etmək hələ ki, mümkün olmayıb. Bu instituta da akademiyanın əsas binasında cəmi bir neçə otaq ayrılıb. Məhdud sayda əməkdaşları olsa da, struktur işlərin başa çatdığını demək olmaz. İnstitutun direktoru professor, deputat Musa Qasımlıdır.
Qafqazşünaslıq İnstitutu isə yuxarıdakı üç institutdan da geri qalır. Ötən ilin dekabrında yaradılan institut Qafqazın öyrənilməsi məqsədilə AMEA rəhbərliyi tərəfindən yaradıldı. İnstitut hələ də aktiv fəaliyyətə başlamayıb.
 
Elmin NURİ
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi