Modern.az

Prokuror Rauf Mirqədirova 7 il həbs istədi

Prokuror Rauf Mirqədirova 7 il həbs istədi

16 Dekabr 2015, 12:11

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirova qarşı növbəti məhkəmə prosesi keçirilib.

Bu haqda Modern.az saytına məlumat verən vəkil Fuad Ağayev bildirib ki, bugünkü prosesdə dövlət ittihamçısı çıxış edib:

“Prokuror ittiham nitqi ilə çıxış etdi. O Cinayət Məcəlləsinin 274-cü maddəsinin, 62-ci bəndinin tətbiq olunmasını və onun barəsində 7 il azadlıqdan məhrumetmə cəzasının müəyyən edilməsini istədi”.

Vəkil deyib ki, proses dekabrın 23-də saat 10:30-da davam etdiriləcək: “Rauf Mirqədirov mənim müdafiə nitqimdən sonra son sözünü deyəcək”.

Rauf Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları saxlayıblar. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs-qətimkan tədbiri seçilib. 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi