Modern.az

Pensiyaçılara şad xəbər

 Pensiyaçılara şad xəbər

16 Dekabr 2015, 12:00


Dövlət Sosial Müdafiə Fondu dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb. Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında  Fondun sədri Elman Mehdiyev deyib.

Fond sədri dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdığını bildirib:

“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu 2015-ci ilin dekabr ayı üzrə əmək pensiyalarının müəyyən edilmiş qrafikdən əvvəl maliyyələşdirilməsini təmin edib. Belə ki, Fondun mərkəzi  xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi  Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonları üzrə dekabr ayının 7-si, respublikanın digər rayon və şəhərləri üzrə isə dekabr ayının 15-i tarixində tam yekunlaşıb.”

“Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına qədər bütün pensiyaçılar qabaqcadan öz pensiyalarını ala biləcəklər. Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi pensiya və müavinətlərin müəyyən olunmuş qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. Ümumilikdə, başa vurmaqda olduğumuz il ərzində əmək pensiyalarının maliyyələşdirilməsinin hər ay vaxtından əvvəl həyata keçirilməsi təmin olunub” deyə E. Mehdiyev qeyd edib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi