Modern.az

Beynəlxalq Bankın işçilərini imtahana çəkəcəklər

Beynəlxalq Bankın işçilərini imtahana çəkəcəklər

16 Dekabr 2015, 14:07

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Beynəlxalq Bankının (ABB) müraciəti əsasında adı çəkilən bankda çalışan əməkdaşların bilik səviyyəsinin müasir tələblərə uyğunluğunu müəyyənləşdirmək üçün test imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahanda ABB-nin 710 nəfər əməkdaşının iştirakı nəzərdə tutulur.

ABB-nin işçilərinin biliyinin qiymətlədirilməsi dörd istiqamət-Xəzinə işi, Əməliyyat işi, Kredit işi və Mühasibat işi üzrə aparılır və iştirakçılara 100 test tapşırığı təqdim olunur. Bunlardan 85 sual bank sektoruna və qanunvericiliyə aid suallar və 15 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən suallardır.

İmtahan dekabrın 19-da Bakı şəhərində, Bakı Kristal Zalında iki növbədə təşkil olunacaq. I növbə saat 10:00-da, II növbə saat 15:00-da başlanacaq və hər imtahan 2 saat 30 dəqiqə ərzində aparılacaq.

İmtahana buraxılış şəxsiyyət vəsiqəsi və “İmtahana buraxılış vərəqəsi” əsasında aparılacaqdır. Buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün iştirakçılar imtahana gecikmədən, buraxılış vərəqəsində göstərilən vaxtda gəlməlidirlər.

Aytən ZƏHRA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi