Modern.az

Türkiyə Rusiyanın təklifini rədd etdi

Türkiyə Rusiyanın təklifini rədd etdi

16 Dekabr 2015, 15:22


Türkiyə Xarici İşlər Nazirliyi vurulan Rusiya təyyarəsinə görə kompensasiya ödəməyəcəyini bildirib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazirliyin rəsmisi Tanju Bilgiç ölkəsinin belə bir niyyətdə olmadığını deyib: “Türkiyə heç bir halda kompensasiya ödəməyəcək”.

Bundan başqa, Bilgiç Rusiyanın Türkiyə hava məkanını bir daha pozmayacağına dair təminatlar verməli olduğunu deyib.

Bundan öncə, Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov Türkiyəyə ölkəsindən üzr istəməyi və vurulan Su-24 təyyarəsinə görə kompensasiya ödəməyi təklif edib.

Vüqar İsmayılov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi