Avstriyanın Zaltsburq şəhərində Paris terroru ilə əlaqəsi olan 2 Fransa vətəndaşı saxlanılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Avstriyada saxlanılan şübhəlilərdən biri Pakistan, digəri isə Əlcəzair mənşəlidir.Onlar Paris terrorçuları ilə birlikdə Suriya qaçıqını kimi Avropaya daxil olub, daha sonra gözdən itmişdilər. Noyabrın 13-də Parisdə törədilən silsilə terror aktlarında 130 nəfər həlak olmuşdu.
Vüqar İsmayılov