Modern.az

İnternet-kluba gedib itkin düşən azyaşlının öldüyü ehtimal edilir

 İnternet-kluba gedib itkin düşən azyaşlının   öldüyü ehtimal edilir

Təhsil

16 Dekabr 2015, 20:19


Paytaxtda internet-kluba gedib itkin düşən azyaşlının işi ilə bağlı cinayət işi başlanılıb. Modern.az saytı Bakı Şəhər Prokurorluğuna istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, dekabrın 14-də Goranboy rayonu, Balakürd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonunda kirayədə yaşayan Əsgərova Rahilə Kitay qızı Daxili İşlər Nazirliyinin “102” məlumat xidmətinə zəng vuraraq oğlu, 2008-ci il təvəllüdlü Əsgərov Ceyhun Mobil oğlunun həmin gün saat 14 radələrində internet salona getmək adı ilə evdən çıxıb bir daha geri qayıtmaması barədə məlumat verib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlının yerini müəyyən etmək mümkün olmayıb.

C.Əsgərovun olduğu yerin müəyyən edilməməsi, azyaşlı olması və digər xüsusatlarla onun qətlə yetirilməsinə şübhələr olduğundan dekabrın 16-da Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi