Modern.az

Zəlimxan Yaqub xəstəxanaya yerləşdirilib

 Zəlimxan Yaqub xəstəxanaya yerləşdirilib

Təhsil

16 Dekabr 2015, 21:06


Xalq şairi Zəlimxan Yaqub təcili xəstəxanaya yerləşdirilib. Modern.az saytı publika.az-a istinadən xəbər verir ki, xalq şairinin səhhətində problem yarandığından o, bu gün səhər xəstəxanaya aparılıb.

Ailəsi xəbəri təsdiqləsə də, şairin hansı xəstəxanaya aparıldığını açıqlamayıb.

Qeyd edək ki, Almaniyadan qayıdandan sonra səhhəti pisləşdiyi üçün şair həkimlərin qərarı ilə ev şəraitində dializ olunur.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi