Tərtər şəhərində vətəndaşa məxsus mənzil yanıb. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı ev sahibi müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. O, yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı qonşu ev yanğından mühafizə olunub.
Yanğın saat 21:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Modern.az