Modern.az

Bu gün dünya jurnalistləri Putinin başına toplaşır

Bu gün dünya jurnalistləri Putinin başına toplaşır

Təhsil

17 Dekabr 2015, 09:31

 

Rusiya prezidenti Vladimir Putin cümə axşamı jurnalistləri 11-ci dəfə "böyük" mətbuat konfransına toplayacaq.

Dövlət başçısının "illik hesabatı" Beynəlxalq Ticarət Mərkəzində keçiriləcək və vaxt məhdudiyyəti olmayacaq.

Bu il mətbuat konfransına rekord sayda - 1390 KİV nümayəndəsi akkreditə olunub.

Putinin 2001-ci ildə keçirilən birinci mətbuat konfransına 500-dən çox, 2002 və 2003-cü illərdə 700-dən çox, 2004-cü ildə təqribən 750, 2007-ci ildə 1132, 2008-ci ildə 1364, 2013-cü ildə 1327, 2014-cü ildə isə 1259 jurnalist akkreditə olunub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi