Modern.az

Məşhur Hollivud ulduzu ilk dəfə Bakıda konsert verdi - FOTOLAR

Məşhur Hollivud ulduzu ilk dəfə Bakıda konsert verdi - FOTOLAR

Təhsil

16 Dekabr 2015, 23:40


Məşhur Hollivud ulduzu Stiven Siqal ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib.

Konsertdə Stiven Siqal və onu müşayiət edən qrup blüz musiqi proqramını təqdim edib.

Konsertin maraqlı məqamlarından biri Hollivud ulduzunun səhnəni “Natiq” ritm qrupu ilə paylaşması olub. Stiven Siqal milli musiqiçilərlə maraqlı kompozisiya təqdim edib.

Konsertdən sonra Stiven Siqal təəssüratlarını jurnalistlərlə bölüşüb, onların suallarını cavablandırıb.

Bildirib ki, Heydər Əliyev Mərkəzində tamaşaçılar qarşısında çıxış etdiyi müddətdə o, olduqca xoş anlar keçirib. “Natiq” ritm qrupunun fanatıdır və onunla birgə çıxış etməsini şəxsən arzu edib.

İkinci dəfədir Bakıya gəldiyini deyən Hollivud ulduzu şəhəri görmək imkanı əldə etdiyini də vurğulayıb və paytaxtın gözəlliyinin, ölkədəki tolerantlıq mühitinin onda xoş təəssürat oyatdığını bildirib.

Hollivud ulduzu dekabrın 17-də də Heydər Əliyev Mərkəzində çıxış edəcək.


Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi