Bu saatlarda Moksvanın Beynəlxalq Ticarət Mərkəzində Rusiya prezidenti Vladimir Putinin 11-ci geniş formatlı mətbuat konfransı başlayacaq.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bəzi əcnəbi jurnalistlərin akkerditasiyadan keçmədiklərini və onların adlarını açıqlamayacaqlarını deyib.
Jurnalistlərin çoxluğunu və veriləcək sualların azlığını nəzərə alan bəzi media nümayəndələri Putinin diqqətini özünə cəlb etmək üçün original yollara baş vururlar.
Onların bəziləri gəldikləri ölkənin milli paltarında, bəziləri isə Putinin təsviri olan plakatlarla mətbuat konfrasının keçiriləcəyi zala daxil olurlar.
Vüqar İsmayılov