Modern.az

Putinə ilk sual iqtisadi böhranla bağlı oldu

Putinə ilk sual iqtisadi böhranla bağlı oldu

17 Dekabr 2015, 13:29


Vladimir Putinin jurnalistlərlə keçirdiyi geniş mətbuat konfrası başlayıb.

Modern.az xəbər verir ki, Putinə ilk sualı “Komsomolskya pravda” qəzetinin baş redaktor müavini Aleksandr Qamov verib.

O, Rusiya prezidentindən ölkədə müşahidə olunan iqtisadi böhran və sosial problemlər barədə soruşub.

“İqtisadi inkişaf modelimiz neftin 100 dollara olacağı proqnozu ilə qurulmuşdu. Amma əvvəlcə, neft 50 dollara, indi isə 38 dollara düşüb. Ölkəyə investisiya qoyuluşu və Ümum Daxili Məhsul istehsalı azalıb, əhalinin real gəlirləri geriləyib, inflasiya isə 2 rəqəmli olub.

Amma onu deyə bilərəm ki, Rusiya iqtisadi böhranın pik həddini geridə qoyub. Ümumlikdə, böhran qalsa da, 2015-ci ilin 2-ci rübündə iqtisadi artım 0,3, 4-cü rübündə isə 0,1% planlaşdılır”-deyə Putin cavab verib.

Putin hökumətin sosial öhdəlikləri yerinə yetirməsi və əhalinin təbii artımına təmin etməsinə görə fəxr etdyini də vurğulayıb. O hazırda ölkə iqtisadiyyatının stabilləşdiyini, əmək bazarının genişləndiyini və yenidən xarici kapitalın ölkəyə qayıtdığını söyləyib. 

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi