Modern.az

Akademiyadan AÇIQLAMA: “Heç bir institut bağlanmayıb”

Akademiyadan AÇIQLAMA: “Heç bir institut bağlanmayıb”

17 Dekabr 2015, 13:35


Bir neçə gün bundan əvvəl Modern.az saytına verilən qeyri-rəsmi informasiyada Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni təsis edilən Dünya Siyasəti İnstitutunun bağlandığı və onun azsaylı əməkdaşlarının yeni yaradılan Qafqazşünaslıq İnstitutuna keçirildiyi bildirilirdi.

Xəbəri dəqiqləşdirmək üçün AMEA Rəyasət Heyətinin ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət etdik. Şöbədən Modern.az-a bildirildiyinə görə, AMEA-nın heç bir institutu bağlanmayıb: “Ümumiyyətlə, bu barədə heç bir söhbət gedə bilməz. Çünki AMEA ilə bağlı bütün qərarlar Rəyasət Heyətində verilir və ilk növbədə biz həmin qərarları ictimaiyyətə çatdırırıq. Bir daha qeyd edirik ki, AMEA-nın nəzdində heç bir institut bağlanmayıb”.

Elmin NURİ

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi