Bugünkü mətbuat konfransında Vladimir Putin Tatarıstanın “Biznes Online” jurnalının əməkdaşının Türkiyə-Rusiya münasibətləri ilə bağlı sualını cavablandırıb. Modern.az xəbər verir ki, o, Su-24 təyyarəsinin vurulmasını düşmən hərəkəti kimi dəyərləndirib.
“Ankara Su-24 təyyarəsini vurmaqla düşmənçilik addımı atıb. Və nəyəsə görə bundan sonra NATO-nun arxasında gizlənir” – deyə Putin bildirib.
Rusiya prezidenti rəsmi Ankaranın öz dövlət maraqları ilə bağlı Moskvaya bəzi ideyalar təklif etdiyini, lakin bu ideyaların beynəlxalq hüquqa zidd olduğunu bəyan edib.
Eyni vaxtda o, Türkiyə təyyarələrinin Suriya üzrənidə uçmağa cəsarət etmədiyini deyib.
“Əgər əvvəllər Türkiyə təyyarələri Suriya sərhədlərini pozurdusa, indi “cürət edib uçsunlar” –deyə cavablandırıb.
Amma o bununla belə, Ankara ilə ən həssas mövzularda müzakirələrə açıq olduğunu deyib.
Vladimir Putin hazırkı AKP hökuməti barədə də fikirlərini səsləndirib.
“İndiki Türkiyə hakimiyyəti ilə razılıq əldə etmək demək olar ki, mümkün deyil”.
Rusiya prezidenti Türkiyənin sürətlə islamlaşdığını da vurğulayıb.
“Türkiyəni saran islamlaşmanı görsəydi, Atatürk yəqin ki, qəbrində çevrilərdi”.
Vladimir Putin Türkiyəni Şimali Qafqazda federal qüvvələrə qarşı vuruşan yaraqlılara tibbi yardım göstərdiyini deyib.
“Şimali Qafqazdan olan döyüşçülər Türkiyədə müalicə olunurlar. Sonra isə iki ölkə arasındakı vizasız rejimdən yararlanaraq türk pasportu ilə yenidən Rusiyaya qayıdırlar”.
Mətbuat konfransında Putin Türkiyə rəhbərliyini təhqir etməkdən əd çəkinməyib və onu ABŞ-da yaltaqlanmaqda günahlandırıb.
***
Vladimir Putin Rusiya hökumətinin gördüyü işdən razı olub-olmaması və yeni kadr dəyişikliləri ilə bağlı verilən suala özünəməxsus cavab verib.
"Mənə ənzəli oynamaq lazım deyil. Yaxın vaxtlarda kadr dəyişikliyi gözlənilmir. Hökumətin işini isə qənaətbəxş saymaq olar”.
Putin Rusiyada bu il orta ömrün ilk dəfə 71 yaşı keçəcəyini, ölkənin kənd təsərrüfatının sürətlə inkişaf etdiyini və təkcə taxıl istehsalının 103 milyon ton olması barədə məlumat verib.
O, Rusiyada faiz dərəcələrinin artırılacağını və Mərkəzi Bankın ölkənin bütün maliyyə-kredit stukturunu tənzimlədiyini deyib.