Modern.az

“Kim deyir ki, Ermənistanla müharibə dayanıb...”

 “Kim deyir ki, Ermənistanla müharibə dayanıb...”

17 Dekabr 2015, 14:02


Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində iki ölkə arasında elan olunmamış müharibə davam edir. 1994-cü ildə rəsmən atəşkəs elan olunsa da, faktiki  hər gün Ermənistanın təqsiri ucbatından qanlar tökülür.

Bütün bunlardan sonra hər hansı atəşkəs barədə söhbət açmağa dəyməz. Xüsusilə son aylar atəş xəttində baş verənlər mühribənin yenidən qızışdığını deməyə əsas verir.

Hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov Modern.az saytına bu itkilərdən sığortalanmadığımızı deyib:

“Nə qədər ki, beynəlxalq qurumlar düşmənin işğalçılıq siyasətinə göz yumacaq, bu itkilərin sayı get-gedə artacaq. Əvvəlki illərdə kiçik çaplı silahlardan istifadə olunurdusa, son vaxtlar düşmən təxribatları miqyasını bir qədər də genişləndirib, minatatanlardan, artilleriyadan istifadə etməyə başlayıb. Bu atəşlər zamanı silahlardan ayrılan qəlpələr əsgərləri yaralayır və onların həyatına son qoyur.  ATƏT-in Minsk qrupunun boş-boş, mənasız görüşləri, iş  görmək görüntüsü ilə özümüzü aldatmamalıyıq. Onlar bu günə qədər heç nə etməyiblər və bundan sonra da edən deyillər. ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr-Amerika, Rusiya, Fransa hər vəchlə Ermənistana dəstək olur.

Amerikalı həmsədrin separatçılarla sonuncu görüşü bütün əndazəni aşan hərəkət idi. Hər dəfə belə görüşlərlə düşmənə stimul verirlər və onlar da cəbhə bölgəsində azğınlaşırlar. 1994-cü ildən bu günə qədər hər iki tərəfdən xeyli sayda itkilər verilib. İstər Azərbaycan vətəndaşları, istərsə də Ermənistan vətəndaşları məsuliyyətsiz beynəlxalq qurumların, məsuliyyətsiz erməni siyasi və hərbi rəhbərliyinin cinayətləri sayəsində dünyasını dəyişir”.

Ü.Cəfərov hesab edir ki, bu yöndə təcili addımlar atılmalıdır:

“2015-ci ildə bu yöndə imkanlar var idi. Amma çox təəssüflər olsun ki, Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi fonunda Qarabağ məsələsinin həlli bir qədər arxa plana keçdi. Amma düşünürəm ki, ruhdan düşmək lazım deyil.

Azərbaycan tərəfi “düşmən vuracaq, biz vuracağıq” prinsipindən yox, ağıllı və rasional addımlar atmaqla məsələni kökündən həll etməlidir”.

Ekspert də bu gün cəbhədə müharibə getdiyini təsdiqləyir.

“Müharibə gedir. 1994-cü ilin mayında formal olaraq Atəşkəs haqqında sazişin bağlanması o demək deyil ki, müharibə dayanıb. Müharibə o vaxt bitəcək ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, vətəndaşlarımız öz torpağında düşmən təxribatları nəticəsində dünyasını dəyişməsin. O zaman deyəcəyik ki, müharibə bitib.

Kim deyir ki, mühribə dayanıb? Hazırda müharibə gedir, ölüm var, itki var. Ona görə də mən hesab edirəm ki, Müdafiə Nazirliyi ən sərt formada addımlar atmalıdır. Mütləq deyil ki, ağır silahlar və ya texnika ilə hücuma keçsinlər. Adicə kəşfiyyat diversiya qruplarını göndərib düşməni layiqli cəzalandırmaq dediyim məsələnin təsdiqi olar. Düşməni ram etmək üçün əldə olan bütün vasitələrdən istifadə edilməli və düşmən yerində oturdulmalıdır”.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi