Modern.az

Türkiyənin məhşur aktyoru öldü

Türkiyənin məhşur aktyoru öldü

17 Dekabr 2015, 14:58

Türkiyə kinosunun “Chuck Norris” ləqəbli aktyoru Osman Beti vəfat edib.

Modern.az saytının xarici mətbuata istinadən verdiyi xəbərə görə, məşhur aktyor Cüneyt Arkının karate müəllimi olan və Yeşilçamda döyüş deyiləndə ilk ağıla gələn Osman Beti bu dünyadan köçüb.

Türk sənət musiqisinin tanınmış simalarından olan Onur Akay Osman Betinin ölüm xəbərini öz Twitter səhifəsində paylaşıb: “Keçən ay xəstəxanaya qaldırılan, bir müddət sonra evə buraxılan qiymətli aktyor, kinomuzun Chuck Norrisi, Osman abimizi təəssüf ki, itirdik. Məkanı cənnət olsun”.

Osman Betinin 2 həftə əvvəl xəstəxanadan evə buraxıldığı və səhhətində yaranan müəyyən problemlər nəticəsində reanimasiyaya qaldırılaraq orada həyatını itirdiyi bildirilir.



Vüsalə Qəzənfərqızı

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi