Modern.az

Cavid Qurbanov: “Bizə 5 il lazımdır”

Cavid Qurbanov: “Bizə 5 il lazımdır”

17 Dekabr 2015, 15:43

“Azərbaycanda sürət qatarlarına çoxdan keçilməli idi. Amma bunun uzun illər edilməməsi və möcvud şərait sürət qatarlarından istifadəni ləngidir”.

Bu sözləri Modern.az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov deyib.

O qeyd edib ki, qatarların sürətini artırmaq üçün ilk növbədə dəmir yolları təmir olunmalıdır. 

“Sürəti artırmaq lazımdır. Bunun üçün isə dəmir yolları təmir olmalıdır. Təmir isə uzun çəkən prosesdir. Bu, həm iqtisadi cəhətdən, həm də vaxt baxımından mürəkkəb prosesdir. Ona görə respublika üzrə sürət qatarlarından istifadə uzun məsələdir və xeyli iş görülməlidir”.

C.Qurbanov qeyd edib ki, bunun üçün ən azı 5 il lazımdır.

“5 il müddətində biz ancaq təmirlə məşğul olacağıq. Amma bunun digər tərəfləri də var. Ona görə sürətli qatarlara keçid bir qədər sonrakı zamana qalır. Amma bu gün biz Xaçmaz istiqamətində qatarların sürətinin artırılmasına nail olmuşuq. Gələcəkdə isə 3-4 istiqamətə, Astara, İmişli, Gəncə istiqmaətində qatarların sürətinin artırılması planlaşdırılır”.

Qurumun sədri eyni zamanda baş verən iqtisadi böhranın Səhmdar Cəmiyyətin fəaliyyətinə də təsirsiz ötüşmədiyini vurğulayıb. “Böhran hər kəsə təsir edir. Yüklər bir qədər azalıb. Lakin biz bu işin arxasındayıq və çalışacağıq ki, transit yüklər artırılsın. Cənab prezidentin də Çinə səfəri bu istiqaətdə müsbət addımlardandır. Bu gün dəmiryollarının genişlənməsi vacibdir. Texniki vəziyyətə görə biz bu gün 30-40 milyon ton yük daşıya bilərik”.

  Aytən ZƏHRA

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi