Modern.az

Bakıda britaniyalı heykəltəraşın sərgisi açılacaq - FOTO

Bakıda britaniyalı heykəltəraşın sərgisi açılacaq - FOTO

17 Dekabr 2015, 15:51


Dekabrın 18-də Heydər Əliyev Mərkəzində tanınmış böyük britaniyalı heykəltəraş Riçard Dikonun “Digər tərəfdən” (On the Other Side) adlı fərdi sərgisi açılacaq.

Heydər Əliyev Mərkəzindən Modern.az-a verilən məlumata görə, ekspozisiyada müəllifin 50-dək əsəri nümayiş olunacaq.

Sərgidə ağac, metal və keramikadan hazırlanmış həm monumental, həm nisbətən kiçik əsərlər, eyni zamanda orqanik nümunələr və dəqiq işlənmiş konstruksiyalar təqdim edilir.

Dikon həmişə israrla bildirir ki, ozünü klassik mənada heykəltəraş hesab etmir.  O, özünü nələrisə uyduran biri kimi qələmə verir və buna görə də çox mürəkkəb əsərlərin üzərində işləyərkən ağac yaxud metalla işləyən mütəxəssislərlə əməkdaşlıq edir.

Riçard Dikon 1949-cu ildə Uelsin Banqor şəhərində anadan olub. 1987-ci ildə müasir incəsənət sahəsinin nüfuzlu “Törner” mükafatına layiq görülüb. 40 ildən artıq müddətdə yaradıcılıqla məşğul olan Riçard Dikon hazırda Londonda yaşayır və fəaliyyət göstərir.

Riçard Dikonun Heydər Əliyev Mərkəzindəki sərgisi 15 iyul 2016-cı ilədək davam edəcək.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi