Prezident Vladimir Putin bugünkü mətbuat konfransında fevral ayında qətlə yetirilən Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsov barədə də danışıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin bu cinayətin üstünün açılacağını deyib: “Nemtsovla şəxsən tanış idim. Onunla heç vaxt münasibətləri korlamamışdım, amma o, siyasi mübarizə yolunu seçdi. Bu o demək deyildi ki, Nemtsovu öldürmək lazım idi və mən heç zaman belə şeyi qəbul etməzdim”.
Putin 1998-ci ildə qətlə yetirilən Qalina Starovoytova işi kimi Nemtsov işinin də uzun illər davam edəcək cinayət faktı olacağını ehtimal edib.Rusiya prezidenti bu məsələni Çeçenistanın rəhbəri Ramzan Kadırolva müzakirə etmədiyini də deyib: “Gah deyirlər ki, cinayətkar Çeçenistanda gizlənir, gah da xarici ölkələrdən birində.
Heç zaman belə məsələləri regional liderlərə müzakirə etməmişəm və etmək fikrim də yoxdur. Heç kim kimisə cinayət məsuliyyətindən yayındırmaq fikrində deyil. Gəlin obyektiv araşdırmanın sonunu gözləyək”.
Vüqar İsmayılov