Modern.az

Nazirlik binəqədililərə cavab verdi: “Rəsmi şikayət yazın...”

Nazirlik binəqədililərə cavab verdi: “Rəsmi  şikayət yazın...”

17 Dekabr 2015, 16:35

 

Binəqədi kəndi, “Gülüstan 15” ünvanında yerləşən daş karxanası ilə bağlı sakinlərin narazılığını diqqətinizə çatdırmışdıq.

Karxana burada yaşayan insanların sağlamlığının qəniminə çevrilib. Sakinlər neçə illərdir ki, daş karxanasından ətrafa atılan tullantıları udmaq məcburiyyətindədirlər.

Beləcə, kimlərsə milyonlar qazanır, sadə vətəndaş isə xəstəlik.

Sakinlərin Modern.az saytına verdiyi məlumata görə, onların narahatlığına əsas səbəb karxanadan çıxan daş tozunun tənəffüs sistemi xəstəliklərinin, xüsusilə azyaşlılarda astmanın artmasıdır. 

Modern.az saytı problemin həlli üçün Səhiyyə Nazirliyinə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən Modern.az saytına bildirdilər ki, şikayətçilərə kömək etməyə hazırdırlar.

Amma bir şərtlə: “ İndi sahibkarlıq fəaliyyətində yoxlamalarla əlaqədar vəziyyət hər kəsə bəllidir. Bu məsələdə vətəndaşlara kömək etmək üçün əhalinin rəsmi məktubla Gigiyena və Epidemiologiya Mərkəzinə müraciət etməsi tələb olunur”. 

Modern.az

 
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi