Modern.az

AŞPA-nın illik sessiyası Tbilisdə keçiriləcək

AŞPA-nın illik sessiyası Tbilisdə keçiriləcək

18 Dekabr 2015, 12:52



Avropa Şurası Parlament Assambleyasının növbəti illik sessiyası Tbilisidə baş tutacaq. Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazir İrakli Qaribaşvili məlumat verib.

Qaribaşvili 2016-cı il 1-5 iyul tarixlərində keçiriləck sessiyada Avropa Şurasına üzv 57 ölkədən 700 siyasi siyasətçinin iştirakını gözlədiklərini deyib.

Parlament Assambleyası Avropa Şurasına üzv olan 47 ölkənin əsas siyasi partiyalarının ünsiyyət və müzakirələr üçün əsas platformu sayılır.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?