Modern.az

Azərbaycanda 848 nəfər qidadan zəhərlənib - AÇIQLAMA

Azərbaycanda 848 nəfər qidadan zəhərlənib - AÇIQLAMA

Təhsil

18 Dekabr 2015, 13:08


Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Bölməsinin müdiri İmran Abdullayev ilin yekunları ilə əlaqədar ölkədə baş verən qida zəhərlənmlərinə dair açıqlama verib. Qeyd edək ki, dekabr ayı başa çatmadığından bu haqda məlumat statistikaya daxil edilməyib.

İmran Abdullayev Modern.az saytına deyib ki, il ərzində mərkəzə daxil olan şikayətlərə baxılıb: “Bunlar arasında müxtəlif aspektli şikayətlər var. Mağazadan, iaşədən, bazardan və digər yerlərdən bildirişlər daxil olub. Bunun əsasında zəhərlənmələrin hamısının qidadan baş verdiyi aydınlaşıb. Məlum olub ki, böyük əksəriyyət ev şəraitində hazırlanan qida məhsullarından zəhərlənir”.

İmran Abdullayev bildirib ki, 2015-ci ilin 11 ayı ərzində daxil olan məlumata görə, 605 qida zəhərlənməsi qeydə alınıb ki, bunlardan biri iaşə obyektində, qalanları isə ev şəraitində hazırlanan qidalardan zəhərlənmələrdir.

Eyni zamanda, 848 nəfər isə zərərçəkən qeydə alınıb ki, bunların 21 nəfərində botulizm hadisəsi baş verib: “Onların 3-ü dünyasını dəyişib. Botulizm hadisələrinin hər biri ev şəraitində hazırlanan qida məhsullarından zəhərlənmələr nəticəsində baş verib”.

Həkim qeyd edib ki, botulizm clostridium botulinum adlan bakteriyanın insan orqanizmində törətdiyi xəstəlikdir: “Bakteriya xüsusilə qidaya düşdükdə xüsusilə, havasız şəraitdə inkişaf edir və həmin qidanın qəbulu zamanı ağır hallarda ölümlə nəticələnir. Bu, özünü daha çox xiyar-pomidor tutmalarında, tərəvəz konservlərində biruzə verir”.

2014-cü ildə əhali arasında 1170 qida zəhərlənməsi hadisəsi baş verib. Nəticədə 1308 nəfər zərər çəkib.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi