Modern.az

Bakıda borca görə özünü yandıran kişinin üzünə dəri köçürüləcək

Bakıda borca görə özünü yandıran kişinin üzünə dəri köçürüləcək

Təhsil

18 Dekabr 2015, 14:38



Kredit borcuna görə özünü yandıran Malik Hüseynov kritik vəziyyətdən tam çıxıb, hazırda həyatı üçün təhlükə yoxdur.

Bu haqda Modern.az saytına məlumat verən Respublika Yanıq Mərkəzinin rəhbəri Şöhrət Məməmmədov deyib ki, xəstə palatada müalicəsini davam etdirir:

“Sabah onun üzərində növbəti bir əməliyyat - autodermoplastika (dəriköçürmə) keçiriləcək. Onun üzünə, boynuna və əllərinə dəri köçürüləcək”.

Bundan əvvəl xəstə üzərində bir dəfə əməliyyat keçirilib. Onun bədəni yanmış hüceyrələrdən təmizlənib.

Həkim bildirib ki, Malik Hüseynov 12 gün xəstəxana şəraitində müalicə aldıqdan sonra evə yazılacaq: “Hazırda vəziyyəti normal, stabildir. Həyatı üçün təhlükə sovuşub”.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Səməd Vurğun küçəsində yaşayan Malik Hüseynov özünü metronun “Azadlıq” stansiyasının yaxınlığında yandıraraq intihara cəhd edib. Onun “Muğanbank”a avtomobil krediti borcu olduğu bildirilir.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi