Modern.az

Azərbaycanlı qumarbaz pokerdə 400 min avro uddu - VİDEO

Azərbaycanlı qumarbaz pokerdə 400 min avro uddu - VİDEO

Təhsil

18 Dekabr 2015, 15:27

Dekabrın 17-də Çexiyanın paytaxtı Praqada keçirilən poker turnirində azərbaycanlı İlkin Əmirov 3-cü yeri tutub. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “EPT Prague” turnirinin finalına qalan Əmirov sonda 391,910 avro qazanıb.

Bu il High Roller turnirində 98,780 dollar, sonra isə WSOP turnirində 91,157 dollar pul udan poker ustası “EPT Prague2” turnirinin də favoritlərindən idi.

Amma 3 rəqiblə oyundan kənarlaşdırılan Əmirov sonda 3-cü yerlə kifayətlənib.

İran mənşəli Almaniya vətəndaşı Hüseyn Ənsan qalib adını qazanaraq 754,510 avro qazanıb. İkinci yeri tutan rusiyalı Qleb Tremzin isə 724,510 dollarla kifayətlənib.

Ümumilikdə, İlkin Əmirovun poker turnirlərində qazandığı məbləğ 1, 212,646 dollara çatıb.

Modern.az həmin turnirdə İlkin Əmirovun oyunundan bir parçanı təqdim edir.

 



Vüqar İsmayılov
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi