Modern.az

Milli Məclis qanuna vərəsəlik hüququ ilə bağlı dəyişiklik etdi

Milli Məclis qanuna vərəsəlik hüququ ilə bağlı dəyişiklik etdi

Təhsil

18 Dekabr 2015, 16:26

Milli Məclisin bu gün keçirilən iclasında Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilib.
Modern.az xəbər verir ki, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyişiklik barədə məlumat verib. O bildirib ki, dəyişikliyə əsasən, tikintiyə vərəsəlik hüququnun müddəti tərəflərin razılaşması ilə müəyyənləşdirilir, bu müddət xüsusi mülkiyyətdə olan torpaq sahələri üçün doxsan doqquz ildən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə qırx doqquz ildən çox ola bilməz.

Dəyişiklik müzakirə olunduqdan sonra səsverməyə qoyularaq qəbul olunub.

Aytən Zəhra

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi