Modern.az

Biznes üçün ən əlverişli ölkələr - Azərbaycan 58-cidir - SİYAHI

Biznes üçün ən əlverişli ölkələr - Azərbaycan 58-cidir - SİYAHI

18 Dekabr 2015, 18:00

ABŞ-ın “Forbes” jurnalı dünyada biznes aparmaq üçün ən əlverişli olan ölkələrin siyahısını açıqlayıb. Modern.az jurnalın rəsmi saytına istinadən xəbər verir ki, jurnal reytinq cədvəlini hazırlayarkən 11 parametr – korrupsiya ilə mübarizə, şəxsi azadlıqlar, maliyyə-kredit sisteminin inkişafı, ticarət azadlığı, yüksək texnologiyaların inkişafı, şəxsi mülkiyyətin toxunulmazlığı, bürokratiyadan azadlığı nəzərə alıb.

“Forbes” jurnalı ardıcıl 6-cı ildir Danimarkanı dünyada biznes üçün ən əlverişli şəraiti olan ölkə elan edib. Azərbaycan 144 ölkə arasında 58-ci yerdə qərarlaşıb. Qonşu ölkələrdən Ermənistan 66-cı, Qazaxıstan 57-ci, Türkiyə 54-cü, Gürcüstan 43-cü, Rusiya 81-ci və İran 130-cu pillədə qərarlaşıb.

Modern.az biznes şəraiti ən əlverişli olan ölkələri təqdim edir.

1. Danimarka
2. Yeni Zelandiya
3. Norveç
     4. İrlandiya
     5. İsveç  
     6. Finlandiya
     7. Kanada 
     8. Sinqapur
     9. Hollandiya
     10. Böyük Britaniya
     11. Honq Konq
     12. İsveçrə
     13. İslandiya
     14. Avstraliya
     15. Belçika
     16. Portuqaliya
      17. Litva
      18. Almaniya
     19. Estoniya
     20. Sloveniya
     21. Tayvan
     22. ABŞ
     23. Yaponiya
     24. Lüksemburq
     25. İsrail
     138. Venesuela
     139. Qambiya
     140. Myanma
     141. Haiti
     142. Liviya
     143. Qvineya
     144. Çad

Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi