Modern.az

Bəşər Əsəd İrana gedir

Bəşər Əsəd İrana gedir

18 Dekabr 2015, 18:10


Suriya prezidenti Bəşər Əsəd İrana səfər edəcək. Modern.az İranın “Fars” agentliyinə istinadən xəbər verir ki, səfər dekabrın sonu, yaxud yanvarın əvvəllərində baş tutacaq.

Agentliyin məlumatına görə, Əsədi səfərdə müşayiət edəcək şəxslər, eyni zamanda onun İranda kimlərlə görüşəcəyi hələ ki gizli saxlanılır.

Bu, Bəşər Əsədin son 4 ildə Rusiyadan sonra 2-ci xarici səfəri olacaq.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi