Modern.az

Hər birimiz kəndlilərə dəstək olmalıyıq

 Hər birimiz kəndlilərə dəstək olmalıyıq

18 Dekabr 2015, 19:59

 

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov Milli Məclisin planar iclasında “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihsinin müzakirəsi zamanı maraqli təkliflə çıxış edib.

Deputat qeyd edib ki, müzakirəyə çıxarılan sənəd çox vacibdir və xüsusən, indiki vaxtda mühüm əhəmiyyət kəsb edir: “Burada müzakirələr zamanı fikirlər səsləndirildi ki, qanun lahyihəsində kənd təsərrüfatı məhsullarının yalnız istehsalı ilə bağlı məsələ yer alıb. Hesab edirəm ki, biz öncə hazırladığımız sənədlə aqrar sahədə inkişafa stimul verməliyik. Azərbaycanda bütün yararlı torpaqların təyinatı üzrə istifadəsinə nail olmalıyıq. Hər birimiz bilirik ki, Azərbaycan kənd təsərrüfatı sahəsi ilə bağlı yararlı ölkədir. Bu il Prezident tərəfindən “Kənd təsərrüfatı ili” elan edilib. Dövlət başçısı bu sahənin inkişafında çox maraqlıdır. Müvafiq dövlət qurumları da öz fəaliyyətlərini  buna adekvat qurmalıdırlar. Mən düşünürəm ki, Milli Məclis aqrar sahə ilə bağlı qəbul edəcəyi bu sənəd bu sahənin inkişafı üçün böyük rol oyanayacaq. Biz Azərbaycanda kənd təsərrüfatının inkişafında maraqlıyıq. Bu sahədə çalışan insanlara dəstək olmalıyıq.  Bütün deputatları bu sənədə səs verməyə çağırıram”.

 

Aytən ƏLİYEVA


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi