Modern.az

Ermənilər cəbhədəki itkiləri ilə bağlı yeni məlumat yaydılar

 Ermənilər cəbhədəki itkiləri ilə bağlı yeni məlumat yaydılar

18 Dekabr 2015, 21:02

Xəbər verildiyi kimi, dekabrın 17-dən 18-nə keçən gecə Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağda düşmən atəşkəs rejimini pozması nəticəsində ciddi itki verib. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, düşmən tərəfin itkiləri kifayət qədər çox olub. Şiddətli döyüş nəticəsində 19 yaşlı Aqasi Qriqoryan və onun həmyaşıdı Ruben Aleksanyan məhv edilib.

Bundan əlavə, bir neçə erməni hərbçi yaralanıb, onların bəzilərinin vəziyyətinin çox ağır olduğu bildirilir.  Digər bir məlumata görə, yaralanan düşmən hərbçilərinin sayı 4 olub.

Bu gün səhər yayılan məlumatda dekabrın 17-də saat 21:30-da Dağlıq Qarabağın şimal hissəsindəki hərbi hissələrdən birində müqavilə ilə xidmət edən 23 yaşlı Qor Ohanyanın da qeyri-müəyyən şəraitdə həlak olduğu qeyd edilirdi.

Sonradan məlum olub ki, Ohanyan bədbəxt hadisə nəticəsində - qumbaratanla atəş açanda ölüb.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi