Modern.az

Dünyadakı qaçqınların sayı 60 milyonu keçəcək

 Dünyadakı qaçqınların sayı 60 milyonu keçəcək

18 Dekabr 2015, 22:57

 

2015-ci ildə dünyadakı qaçqınların ümumi sayı 60 milyon nəfəri keçə bilər. Modern.az xarici mediaya istinadən bildirilir ki, bu haqda BMT-nin qaçqınların işi üzrə Ali Komissarlığı İdarəsinin hesabatında qeyd edilir.  

Hesabat 2015-ci ilin yanvar-iyun aylarını əhatə edir. Sənədə görə bu ilin ilk 6 ayında bütün dünya üzrə qaçqınların sayı 1992-ci ildən bəri ilk dəfə 20 milyon nəfərlik həddi keçərək 20,2 milyon nəfərə çatıb. Bu isə ötən ilin müfaviq dövrü ilə müqayisədə faktiki olaraq milyon nəfər çoxdur.    

Hesabatda qeyd edilir ki, 2015-ci ildə dünyada hər 122 nəfərdən biri öz evini tərk etmək məcburiyyətində qalıb. Dünyada qaçqın sayının artmasının əsas səbəi isə münaqişələr, o cümlədən Suriyadakı hərbi əməliyyatlardır.    

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi