“Onsuz da Avropa bizim üçün vizanı götürsə, AZAL o dəqiqə biletlərin qiymetini qaldırıb burnumuzdan tökəcək” Modern.az saytı xəbər verir ki, bunu keçmiş deputat Etibar Hüseynov jurnalist Səbuhi Məmmədlinin feysbuk statusuna şərh yazarkən bildirib.
Keçmiş deputat daha sonra vizasız gediş-gəlişdən gürcülərin istifadə etməsinin yaxşı olduğunu bildirib.
Qeyd edək ki, Gürcüstan və Avropa İttifaqı arasında mövcud olan əməkdaşlığı nəzərə alaraq, 2016-cı ilin əvvəlində Avropa Komissiyası Avropa İttifaqının 539/2001 qərarına düzəlişlərin edilməsinə dair rəsmi təklif irəli sürəcək. Təkliflər qəbul edildikdən sonra Gürcüstan vətəndaşları Şengen ölkələrinə vizasız gedə biləcəklər.
Modern.az