Modern.az

Almaniyada Hitlerin əsəri dərsliklərə salına bilər

Almaniyada Hitlerin əsəri dərsliklərə salına bilər

19 Dekabr 2015, 10:36

Adolf Hitlerin “Mayn kampf” (“Mənim mübarizəm") əsəri dərsliklərə salına bilər.

Modern.az xarici mətbuata istinadən bildirir ki, Almaniyada Hitlerin manifestinin dərsliklərə salınması üçün Müəllimlər Assosasiyası hökümət üzvlərinə müraciət edib.

Təklifdə qeyd edilir ki, Hitlerin manifesti bütünlüklə deyil, onun bəzi hissələri yuxarı sinif şagirdlərinə keçilməlidir.  

Assosasiyanın rəhbəri Yozef Krausun dediyinə görə, bu mətn gözardı edilə bilməz, çünki qadağalar gəncləri cəlb edir. "Handelsblatt"ın yazdığına görə isə “Mayn Kamf”ın öyrənilməsi ektremizmə qarşı peyvənd rolunu oynayacaq.

Sosial Demokratlar Partiyası artıq bu ideyanı dəstəkləyib. Almaniyanın avropalı cəmiyyətləri isə bu qərara qarşı kəskin etiraz ediblər.    

Aytən ZƏHRA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi