Bakı metrosunda növbəti problem yaranıb.
Modern.az xəbər verir ki, metronun “Cəfər Cabbarlı” stansiyasından “Xətai” stansiyasına getmək istəyən sərnişinlər 35 dəqiqədən çoxdur ki, qatar gözləyir. Nəticədə “Cəfər Cabbarlı” stansiyasında sıxlıq yaranıb.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev qatarın gecikməsinin səbəbinin araşdırıldığını deyib.
***
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a açıqlamasında bildirib ki, gecikmə qatarlarda hər hansı problem və ya nasazlıqla bağlı olmayıb.
“Təlimata uyğun olaraq metronun “Cəfər Cabbarlı” stansiyasından “Xətai” stansiyasına diaqnostika qatarı xəttə buraxılmalı idi. Sadəcə “28 may” stansiyasından diaqnotika qatarının xəttə buraxılmasında müəyyən gecikmə olduğu üçün belə olub. Yəni qatarlarda hər hansı problem və ya nasazlıq olmayıb.
Diaqnostika qatarının hərəkətində məcburi gecikmə olduğu üçün sərnişinlər uzun müddət gözləməli olublar"
Aytən ZƏHRA