İsveçrənin paytaxtı Berndə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başlayıb.
Modern.az news.am agentliyinə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan özünün “tvitter” hesabında məlumat verib.
Məlumat üçün bildirək ki, prezidentlər İlham Əliyev və Serj Sərkisyanın növbəti danışıqları cəbhə xəttində gərginliyin artdığı vaxta təsadüf edir.
***
Artıq prezidentlərin təkbətək görüşü balayıb. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikbu barədə özünün "tvitter" səhifəsində məlumat verib.
Aqşin Kərimov