Modern.az

“İstedadı olmayanlara elmi adlar verilməyəcək” – RƏSMİ

“İstedadı olmayanlara elmi adlar verilməyəcək” – RƏSMİ

19 Dekabr 2015, 13:58

Bu gün elmi adların alınması o qədər rahat bir proses olub ki, kimi dindirsən “başının altından”  hansısa elmi dərəcəsi çıxır.

“Kiminsə tanışlığı” və ya “plagiat işlər”, “başqalarına yazdırma” yolu ilə yazdırdığı müdafiə işləri ilə elmi dərəcələr az qala imkanlı hər kəsə “paylanılır”.

 Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri İsa Həbibbəyli Modern.az-a açıqlamasında bildirib ki, bu istiqamətdə atılan mühüm addımlardan biri qəbul imtahanlarının test üsulu ilə həyata keçirilməsidir.

 “Bu il ilk dəfə Akademiyada bütün imtahanlar test üsulu ilə götürülüb. Bu imtahanlarda şəffaflığın, ədalətin, obyektivliyin təmin olunması üçün, real qabiliyyətli insanları seçib dəyərləndirməyə nail olundu ki, bu da mühüm addımdır.

Akademiya qabiliyyətli insanların sorağındadır. Doktoranturada imtahanlar başa çatıb.  Bu ildən etibarən fəlsəfə doktorluğu üçün namizədlik minumum imtahanları da test üsulu ilə verilir. Artıq tələbəyə heç kəsin kömək etməyi mümkün deyil. Bir çox hallarda imtahan kompyüter texnologiyalarının tətbiqi ilə həyata keçirilir deyə, buna imtahan komissiyasının müdaxiləsi də mümkünsüzdür”.

 İ.Həbibəyli qeyd edib ki, bu islahatlar qabiliyyətli insanların ələnib seçilməsi, real qabiliyyətlərin üzə çıxarılması, elmin gələcək yükünü daşıya biləcək məsuliyyətli insanların aşkar edilməsi üçün atlıb.

“İmtahanların test üsulu ilə keçirilməsi Akademiyanın tarixində tam yeni hadisədir və gələcək davamçılarımızı müəyyən etməkdə bizə kömək edəcək. Bu üsulla olan imtahanlarda xeyli insan kəsilib”.

 Vitse-prezident qəbulun imtahan vasitəsilə keçirilməsinin müdafiə işlərinin plagiat olmamasına, kimlərinsə köməyi ilə sonda elmi ad alma hallarının azalmasına da yardımçı olacağını vurğulayıb.

“Məncə çox şey qəbul imtahandan başlayır. Real bilikli, qabiliyyətlilərin seçilməsi sonrakı prosslərdə də şəffaflığın təmin olunmasında böyük zəmindir. Adatən qabiliyyətsiz insanlar bu adları kənardan gəlib almaq istəyirlər. Qabiliyyətli insanların ona ehtiyacı yoxdur, həvəslə gələnlər mükəmməl iş ortaya qoyacaqlar. Akademiya  da belə insanların müdafiə etməsinə obyektiv şərait yaratmaq üçün bütün tədbirlər həyata keçiricək”.

 Aytən ZƏHRA

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi