Modern.az

Türkiyədə İŞİD-lə bağlı istintaq başa çatdı

Türkiyədə İŞİD-lə bağlı istintaq başa çatdı

Təhsil

19 Dekabr 2015, 17:47

İstanbul Respublika Prokurorluğu İŞİD terror təşkilatı ilə bağlı istintaqını tamamlayıb. 3-ü məhbus olmaqla 67 nəfər haqqında iddianamə hazırlanıb.

Modern.az saytı Türkiyə mətbuatına istinadən bildirir ki, 315 səhifəlik sənəddə  İŞİD-in Türkiyəni “tağut ” (düşmən) olaraq gördüyü qeyd olunub.  

Eyni zamanda bildirilir ki, terror təşkilatının bəzi üzvləri hələ də qarşıdurma bölgəsindədir. İddianamədə “terrorizm” anlayışı terror zamanı həyatını itirən alim Ahmet Taner Kışlalının sözləri ilə izah edilib:  

“Terrorist üçün əhəmiyyətli olan insan ya da insanlar deyil, onları öldürdüyü zaman cəmiyyətdə yaradacağı təsirdir. Reallıqdır ki, şiddətsiz terror olmaz, amma hər şiddət də terror deyil ”.

Vüsalə Qəzənfərqızı

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi