“Qəbələ” klubu baş məşqçi Roman Qriqorçukla müqavilənin müddətini uzadıb. Modern.az komandanın saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssislə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub.
Əvvəlki müqaviləsi 2015-2016-cı illər mövsümünün sonunda başa çatan 50 yaşlı çalışdırıcı daha bir il “qırmızı-qaralar”a rəhbərlik edəcək.
Onunla yeni anlaşma 2017-ci ilin iyun ayında, 2016-2017-ci illər mövsümünün sonunda başa çatacaq.
Xatırladaq ki, “Qəbələ” 2015-ci ilin əvvəlindən komandanın baş məşqçisi olan Qriqorçukun rəhbərliyi altında 2014-2015-ci illər mövsümündə Azərbaycan Premyer Liqasının bürünc mükafatını qazanıb, 2015-2016-cı illər mövsümündə UEFA Avropa Liqasında qrup mərhələsinədək irəliləyib.
Modern.az