Modern.az

Lökbatandakı atışma ilə bağlı cinayət işi açıldı

Lökbatandakı atışma ilə bağlı cinayət işi açıldı

Təhsil

22 Dekabr 2015, 09:48


Bakı şəhər prokurorluğundan Modern.az-a verilən məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır.

Qeyd edək ki, ötən gecə Bakının Lökbatan qəsəbəsində yerləşən “Zeytə park” adlı  restoranda müştərilər arasında mübahisə nəticəsində atışma baş verib.

Atışma nəticəsində ən azı 5 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM