Modern.az

Etibar Məmmədovdan böhranla bağlı açıqlama

Etibar Məmmədovdan böhranla bağlı açıqlama

22 Dekabr 2015, 12:10

Azərbaycan manatının məzənnəsi dollar və avro qarşısında 50 faiz ucuzlaşdı.  

Məsələ ilə bağlı Modern.az saytı Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun da fikirlərini öyrənib.  

AMİP liderinin sözlərinə görə  hökumət bu sahədə tədbirlər görməlidir.  

“Hökumət müvafiq tədbirlər görməsə, vəziyyət ağırlaşmaqda davam edəcək”.  

Həmçinin, Etibar Məmmədov manatın 50 faiz ucuzlaşması nəticəsində cəmiyyətdə yaranan  çaşqınlığa da aydınlıq gətirib.  

“Çaşqınlıq olacaq. Çünki Hər şey idxal üzərində qurulub. Azərbaycan ilkin tələbat malları ilə  özünü təmin edə bilmir. Ona görə də manatın dəyərdən düşməsi birbaşa qiymətlərə  təsir göstərəcək.

Buna görə də hökumət təcili tədbirlər görməlidir. Manatın dəyərini devalvasiya etməklə iş bitmir”.      

Namidə BİNGÖL

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi