Meksikalı milyarder Karlos Slim 2015-ci ilin ən uğurusz milyarderi adını qazanıb.
Modern.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, milyarder bu il 20 milyard dollar vəsait itirib.
Dekabrın 22-si üçün Karlos Slim dünyanın 5-ci ən varlı insanı sayılır. Onu “Microsoft”un sabiq sahibi Bill Geyts, “İnditex” şirkətin yaradıcısı Amansio Orteqa, Uorren Baffet və “Amazon” şirkətinin səhmdarlarından Cef Bezos qabaqlayır.Karlos Slimin əsas şirkəti Meksikanın telekommunikasiya nəhəngi sayılan “America Movil SAB” ölkə bazarında əsas mövqelərini itirməkdədir.
Onun səhmləri 2008-ci ildən ən aşağı səviyyəyə düşüb.
“Bloomebrg”in məlumatına görə, ilin əvvəllərində 77,1 milyard dollarla dünyanın 2-ci ən zəngin insanı sayılan Karlos Slim dekabrın 22-si üçün 52,8 milyard dollar sərvətə malikdir.
Vüqar İsmayılov