Dekabrın 21-də Zaqatala rayonun Mamrux kəndində yaşayan Məhəmmədrəsul Canayevin evində, oğlu İslamın və Ağdaş rayon sakini Cabir İsmayılovun qadağan olunmuş dini təriqətlərdən birini təbliğ etmələri müəyyən edilib.
Modern.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarının evə baxışı zamanı 4 ədəd dini kitab, 25 ədəd broşüra və 11 ədəd audio kasset aşkar edilərək götürülüb.
Modern.az