Dekabrın 18-21-i tarixlərində Qazaxıstan Respublikasının Aktau şəhərində karate-do WKF idman növü üzrə “Aktau kuboku” Beynəlxalq turnir keçirilib.
Modern.az xəbər verir ki, Qazaxıstan idmançıları ilə yanaşı Azərbaycan, Gürcüstan, Qırğızıstandan 400-dən artıq idmançının qatıldığı turnirdə 6 yaşından 18 yaşına qədər uşaqlar və böyüklər arasında yarışlar keçirilib.
Azərbaycanlı idmançılar turnirdə uğurla çıxış edərək, fərdi yarışlarda Firdovsi Fərzəliyev, Rəfael Ağayev, Ayxan Mamayev, Şahin Atamov və İnci Əzimova öz çəki dərəcələrində turnirin qalibləri olub.Renata Ələkbərli, Elvin Əhmədli, Pənah Abdullayev, Orxan Heydərli və Murad Hacızadə ikinci yer, Tural Ələkbərli, Turqut Həsənov və Əli Cəfərov üçüncü yeri tutublar.
Məşqçi Elnur İbrahimin rəhbərliyi ilə çıxış edən idmançılarımız ümumilikdə beş qızıl, beş gümüş və üç bürünc medal qazanmış, böyüklər arasında komanda yarışlarında Azərbaycan-1 komandası 1-ci yer, Azərbaycan-2 komandası 3-cü yerə çıxəblar. Bundan əlavə Baş konsulluqda idmançılarımızla Aktau şəhərində yaşayan azərbaycanlı gənclər arasında görüş keçirilib.
Görüşdə Azərbaycanda idmanın inkişafına verilən diqqət, ölkə prezidenti cənab İlham Əliyevin idmançılara olan diqqət və qayğısından danışılıb.