Modern.az

“Qarabağ danışıqlarının formatı dəyişdirilməlidir”

“Qarabağ danışıqlarının formatı dəyişdirilməlidir”

22 Dekabr 2015, 15:23


Azərbaycan və Ermənistan prezidentlərinin Berndəki görüşü nəticəsiz qaldı. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın “tərəflərin mövqeyində heç bir dəyişiklik yoxdur” fikri də bunu bir daha sübut etdi.    

Deputat Elman Məmmədov Modern.az saytına prezidentlərin görüşünün nəticəsiz qalmasının səbəbini izah edib: “Görüşdə bir Azərbaycan, dörd düşmən, Ermənistan və ona havadarlıq edən üç həmsədr dövlət iştirak etdi.

Prezident İlham Əliyev o görüşə gedəndə tərəf kimi Ermənistana rəhbərlik edən, həmin dövlətdə siyasi hakimiyyəti zəbt edib ələ alan hərbi xuliqan, cinayətkar rəhbəri nəzərdə tutmurdu. Tərəf kimi həmsədr dövlətləri nəzərdə tuturdu, danışıqlar onlarla gedir. Erməninin də sözünü onlar deyir, əsas fikir sahibi  onlardır. Havadarlar qərar verirlər ki, Ermənistan tərəfi hansı məsələlərə razılıq verməlidir, hansılara yox.

Nə qədər ki, Ermənistanda hakimiyyətdə Dağlıq Qarabağdan getmiş bir dəstə hərbi cani olacaq, o zamana qədər onlarla danışıqlar aparmağa dəyməz. Onların siyasi və həyat fəaliyyətlərinin sonu Dağlıq Qarabağ məsələsi həllini tapanda sona çatacaq. O zaman da həmin havadarlar, cinayətkar dəstələr siyasi arenadan gedəcəklər”.  

Deputatın fikrincə, vaxt gələcək onlar Azərbaycanın ərazisini işğal etdiklərinə, Xocalı soyqırımını törətdiklərinə görə məhkəmə qarşısında cavab verəcəklər.  

Elman Məmmədovun sözlərinə görə, Ermənistan müstəqil dövlət kimi sözə və müstəqil siyasətə malik deyil: “Bu gün Ermənistana havadarlıq edən, onu ən müasir silah-sursatla təmin edən imperiya və başqa havadarları var. Danışıqlar o zaman fayda verəcək ki, Ermənistanda normal insanlar hakimiyyətə gələcək və ona havadarlıq edənlər öz aralarında bu məsələ ilə bağlı razılaşacaqlar.

Bu gün hələ ki ATƏT-in Mİnsk qrupu həmsədri olan dövlətlərin dünyadakı problemlər səbəbindən Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqe və mənafeləri bir-birinə ziddir. Ona görə də danışıqlar bu formatda heç bir nəticə verməyəcək. Nəyə görə Qarabağ münaqişəsinin həllinin taleyi üç dövlətin mövqeyindən asılı olmalıdır? Bu format dəyişdirilməlidir”.       

Vüsalə QƏZƏNFƏRQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi